Braziliyalı futbolçu Marselo mövsümün sonunda "Real"dan ayrılacağı ilə bağlı iddialara münasibət bildirib. SİA-nın məlumatına görə, 30 yaşlı müdafiəçi Madrid klubunda xoşbəxt olduğunu qeyd edib: "Real"dan ayrılmaq? Bu barədə danışmağa lüzum yoxdur. Hər kəs bu formanı geyənində nə qədər xoşbəxt olduğumu bilir. "Real" mənim evimdir. Oynamadığım matçlarda da komanda yoldaşlarıma tam dəstək olmuşam".

Qeyd edək ki, Marselonun "Real"la müqaviləsi 2020-ci ilə qədərdir. O, cari mövsüm 30 oyuna 3 qol vurub, 6 qol ötürməsi verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...