Qaret Beyl Çin klubuna transfer edilə bilər

Cari mövsüm hədəflərinə çatmayan Madridin "Real" klubu yayda heyətdə dəyişikliklər edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, "kral klubu" cinah futbolçusu Qaret Beyllə yolları ayırmağa qərar verib. Paytaxt təmsilçisi uelsli futbolçunun transferindən ən azı 130 milyon avro qazanmaq istəyir.

29 yaşlı cinah furbolçusu üçün "Real"a Çindən təklif gəlib. Bildirilir ki, Beyl Çində illik 30 milyon avro maaşa oynamağa razıdır.

Qeyd edək ki, futbolçu bu mövsüm 40 oyuna 14 qol vurub, 6 qol ötürməsi verib

Bütün xəbərlər Facebook səhifəmizdə