Yarımfinalın ilk oyunları üçün bütün təyinatlar - Azərbaycan Kuboku

Futbol üzrə Azərbaycan Kubokunda 1/2 final mərhələsinin ilk oyunları üçün bütün təyinatlar məlum olub. SİA təyinatları nəzərinizə çatdırır:

23 aprel (çərşənbə axşamı)

“Qəbələ” – “Qarabağ”
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cəmil Quliyev, Kamal Umudlu
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 16:00

“Sumqayıt” – “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 18:30

Qeyd: Hər iki oyun “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə