Boksçularımız beynəlxalq turnirdə 2 medal qazanıblar

Tbilisidə keçirilən boks üzrə beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, David Kvaçadzenin şərəfinə təşkil olunan yarışda Azərbaycan millisi 1 gümüş və 1 bürünc medal qazanıb. Yığmamızın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qeyd edək ki, turnirdə böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi ilə beş boksçumuz mübarizə aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...