"Liverpul" səfərdə qələbə qazandı

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun daha 2 oyunu keçirilib. Çempionluğa iki əsas namizəddən biri "Liverpul" səfərdə "Kardiff Siti"nin qonağı olub. Mersisaydlılar rəqibini 2 cavabsız qolla məğlub edərək zirvəni ələ keçiriblər. Günün digər oyununda isə "Arsenal" doğma meydanda "Kristal Pelas"la qarşılaşıb. London klubu gözlənilmədən rəqibinə uduzub - 2:3.


21 aprel

"Kardiff Siti" - "Liverpul" - 0:2
Qollar: C. Veynaldum, 56 (0:1), C. Milner, 81-penalti (0:2)

"Arsenal" - "Kristal Pelas" - 2:3
Qollar: K. Benteke, 17 (0:1), M. Özil, 47 (1:1), V. Zaha, 61 (1:2), C. Makartur, 69 (1:3), P. E. Obameyanq, 77 (2:3)


Qeyd edək ki, bu qələbədən sonra "Liverpul" xallarının sayını 88-ə çatdıraraq, zirvəyə yüksəlib. Onlardan 1 oyun az keçirən "Mançester Siti" 86 xalla 2-cidir. "Arsenal" 66 xalla 4-cü pillədə qərarlaşıb. "Kristal Pelas" 42 xalla 12-ci, "Kardiff Siti" isə 31 xalla 18-cidir.

Bütün xəbərlər Facebook səhifəmizdə