Səmədov Bakıda ingilis finalı görmək istəyir

Futbol üzrə Rusiya milli komandasının keçmiş yarımmüdafiəçisi, hazırda Samaranın “Krılya Sovetov” komandasının şərəfini qoruyan Aleksandr Səmədov Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı ilə bağlı fikirlərini bölüşüb.

SİA-nın məlumatına görə, bir neçə gün bundan əvvəl bu final oyununun səfirlərindən biri seçilən həmyerlimiz “Arsenal”-“Çelsi” finalını görmək arzusunda olduğunu bildirib.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalında “Çelsi”-“Ayntraxt” və “Arsenal”-“Valensiya” cütlüklərinin qalibləri qarşılaşacaq.

Səmədov özü Bakıda ingilis klublarının iştirakı ilə final oyunu görmək istədiyini və bunun gerçəkləşəcəyi halda “Çelsi”yə azarkeşlik edəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə