“Everton” “Mançester Yunayted”i darmadağın etdi

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun növbəti oyunu keçirilib. “Everton” öz meydanında “Mançester Yunayted” klubunu qəbul edib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

“Everton”un heyətində Ricarlison (13), Qilfi Siqurdsson (28), Luka Din (56) və Teo Volkot (56) fərqləniblər. Bu qələbə sayəsində “Everton” 49 xalla 9-cu, “Mançester Yunayted” isə 64 xalla 6-ci yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə