Azərbaycan gimnastları 3 medal qazanıblar

Bu gün Bakıda, Milli Gimnastika Arenasında bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirinin ip, top, gürz və lentlə hərəkətlərdə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. SİA-nın məlumatına görə, iplə hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə ikiqat Olimpiya çempionu Evgeniya Kanayeva, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Sara Zeynalova və Radeli Vişnevski təqdim ediblər. Topla hərəkətlərdə qaliblərə və mükafatçılara mükafatları bədii gimnastika üzrə Azərbaycan yığmasının məşqçisi Mariana Vasileva, Azərbaycan Gimnastika Federasiyasının meneceri Namiq Bədirxanov, Milli Gimnastika Arenasının deirektorunun müavini Nərminə Quliyeva təqdim ediblər. Gürzlə hərəkətlərdə medallar qazanan gimnastları Milli Gimnastika Arenasının direktoru Maqsud Fərzullayev, Azərbaycan Gimnastika Federasiyasının menecerləri Viktoriya Abuşovaa və Bikə Abdullayeva təqdim ediblər. Lentlə hərəkətlərdə qaliblərə və mükafatçılara medalları Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə, Azərbaycan Gimnastika Federasiyasının meneceri Fatimə Şəfizadə, "Ocaq Sport" klubunun direktoru Surxay Qarayev veriblər. Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir. Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...