Nərminə Səmədova bürünc medal qazanıb

Azərbaycan gimnastı Nərminə Səmədova bədii gimanstika üzrə II AGF Junior Trophy beynəlxalq turnirində topla hərəkətlərdə 18.350 bal toplayaraq bürünc medal qazanıb. SİA-nın məlumatına görə, qızıl medalı Rusiya təmsilçisi Anastasiya Simakova (19.700 bal), gümüş medalı isə italiyalı gimnast Sofiya Raffaelli (19.300 bal) qazanıblar. Topla hərəkətlərdə çıxış edən Azərbaycanın digər təmsilçisi Arzu Cəlilova 16.100 bal toplayıb və səkkizinci yerdə qərarlaşıb. Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir. Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə