Milli Gimnastika Arenasında mükafatlandırma mərasimi keçirilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin qrup hərəkətlərində çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib. Birinci yerin sahibi İsrail komandası olub, Azərbaycan və Rusiya komandaları isə müvafiq olaraq gümüş və bürünc medallar qazanıb.

Bundan başqa Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat AGF Trophy-nin təqdimetmə mərasimi də keçirilib. Qrup hərəkətlərində ən yüksək icra balına görə mükafat azərbaycanlı gimnastlara verilib. Azərbaycan komandasının tərkibi: Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Həcizadə, Millana Əkbərova və Fəridə Səfiyarzadə.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...