İngiltərədə ilin ən yaxşı futbolçusu kim seçiləcək?

İngiltərə Peşəkar Futbolçular Assosasiyası ölkədə ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb. Qurumun saytında yer alan məlumata görə, siyahıda 6 oyunçunun adı yer alıb. Bunlar “Mançester Siti”dən Serxio Aquero, Bernardo Silva və Rahim Sterlinq, “Liverpul”dan Vircil van Dayk və Sadio Mane, “Çelsi”dən isə Eden Hazarddır.

Qalibin adı aprelin 28-i Londonda keçiriləcək tədbirdə açıqlanacaq. Qeyd edək ki, son qalib “Liverpul”un hücumçusu Məhəmməd Salah olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...