"AGF Junior Trophy"də qırğızıstanlı baş məşqçiyə sürpriz - FOTOLAR

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə 2-ci "AGF Junior Trophy" beynəlxalq turnirində çıxış edən Qırğızıstan milli komandasının baş məşqçisi Saule Tiebandinova yarışlar zamanı sürprizlə qarşılaşıb. SİA-nın məlumatına görə, bu gün doğum günü olan mütəxəssis arenaya dəvət olunaraq təbrik edilib. Ona qiymətli hədiyyə və gül dəstəsi təqdim olunub. Baş məşqçiyə xoş arzular ifadə edilib.

SİA-ya açıqlama verən S.Tiebandinova bildirib ki, belə bir doğum günü təbriki onun üçün gözlənilməz olub: "İlk dəfədir yarışlar zamanı arenada doğum günüm qeyd olunur. Bu, çıxış günümüzə təsadüf etdiyi üçün mənə ikiqat bayram oldu".

Baş məşqçi Milli Gimnastika Arenasında yarışların yüksək səviyyədə təşkil edildiyini, burada idmançılar üçün çox gözəl şərait yaradıldığını qeyd edib.

O, keçən il də bu yarışa qatıldıqlarını, bu il yetirmələrinin daha yaxşı çıxış etdiklərini vurğulayıb.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...