Zidan Qaret Beyli komandadan göndərir

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın ulduzu Qaret Beyllə bağlı qərarını verib. SİA-nın xarici mediaya istinadən verdiyi məlumata görə, fransalı mütəxəssis uelsli futbolçunun başqa kluba transfer edilməsini istəyib. Buna səbəb Beylin daim formada olmaması və komandanın liderinə çevrilə bilməməsidir.

Artıq "Real" rəhbərliyi 30 yaşlı futbolçuya bu barədə məlumat verib və özünə yeni klub tapmağı tapşırıb. Beyli "Mançester Yunayted", "Bavariya" və "Tottenhem"in istədiyi bildirilir.

Qeyd edək ki, futbolçu "Real"a 2013-cü ildə "Tottenhem"dən 101 milyon avroya transfer olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə