Valverde: “Çempionlar Liqasını tərk etməsinə baxmayaraq, o, dünyanın ən yaxşı məşqçisidir”

“Barselona”nın baş məşqçisi Ernesto Valverde Pep Qvardiolanın çalışdırdığı “Mançester Siti” klubunun UEFA Çempionlar Liqası turnirini tərk etməsindən sonra ilk dəfə bu barədə fikirlərini bildirib.

SİA-nın “sports.ru” saytına istinadən verdiyi xəbərə görə, “Barselona”ya İspaniya çempionluğu, İspaniya kuboku və İspaniya superkuboku qazandırmış Valverde fikirlərini bu cür ifadə edib: “Qvardiola, heç şübhəsiz, dünyanın ən yaxşı məşqçisidir. Komandasının Çempionlar Liqasını tərk etməsi belə, bunu danmağa əsas vermir”

Bütün xəbərlər Facebook səhifəmizdə