“Çelsi”dən Avroliqada yeni rekord

“Çelsi” futbol klubu UEFA Avropa Liqasının dörddəbir final mərhələsində doğma meydanda “Slaviya Praqa” üzərində qələbə qazanmaqla (4:3) İngiltərə futbolunun tarixinə düşüb. Cari mövsümdə bu turnirdə qələbələrinin sayını 11-ə çatdıran London təmsilçisi UEFA Avropa Liqasının bir mövsümündə ən çox qalib gələn ingilis klubudur.

“Çelsi” yarımfinalda “Ayntraxt” ilə qarşılaşacaq. Komandalar arasında ilk qarşılaşma mayın 2-də Almaniyada, cavab görüşü isə bir həftə sonra Londonda oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə