“Neftçi” “Qarabağ”la xal fərqini qoruyub

Topaz Premyer Liqada 25-ci turun sonuncu oyunu keçirilib.

SİA-nın məlumatına görə, “Sabah” “Əlincə Arena”da “Neftçi”ni qəbul edib.

Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Neftçi”nin qollarına 59 və 63-cü dəqiqələrdə Namiq Ələsgərov imza atıb.

Bu qələbə ilə xallarının sayını 55-ə çatdıran “Neftçi” 2-cü pillədəki mövqeyini möhkəmləndirib və lider “Qarabağ”la 2 xallıq fərqi qoruyub. “Sabah” isə 26 xalla turnir cədvəlinin 5-ci sırasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə