Messi ÇL-də həftənin ən yaxşı futbolçusu seçilib

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarının keçirildiyi həftənin ən yaxşı futbolçusu müəyyənləşib. SİA UEFA-nın saytına istinadla xəbər verir ki, “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi azarkeşlər arasında aparılan sorğunun nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu seçilib.

Otuz iki yaşlı hücumçu bu nominasiyada Heunq-Min Son (“Tottenhem”), Roberto Firmino (“Liverpul”) və Frenk de Yonqu (“Ayaks”) qabaqlayıb.

L.Messi “Barselona”nın 1/4 final mərhələsinin cavab görüşündə doğma meydanda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub etdiyi matçda (3:0) iki qolla yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə