“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov yubiley oyununu keçirib. SİA-nın məlumatına görə, “Sabah”la matç müdafiəçinin “Sumqayıt”ın heyətində keçirdiyi 150-ci çempionat görüşü olub. O, bu qarşılaşmalarda 1 qol vurub. 2013/14 mövsümündən bu komandada çıxış edən V.Hüseynov klubun tarixində 150 və daha çox oyun keçirən ikinci futbolçu olub. Onadək hazırda “Zirə”də oynayan Bəxtiyar Həsənalızadə bu göstəricini arxada qoyub.

Qeyd edək ki, “Sumqayıt” “Sabah”la matçda 1:2 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə