Naxçıvanda yüngül atletika birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvan Muxtar Respublika Stadionunda “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan atletləri аrаsındа keçirilən yüngül atletika birinciliyi başa çatıb. Xəbər verilir ki, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 17 tam orta məktəbin komandası, hər komandanın tərkibində isə 4 oğlan olmaqla, 68 idmançı iştirak edib.

Beynəlxalq Atletika Federasiyasının qaydalarına uyğun keçirilən yarışda 100 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Fərid Əsgərli, 200 metr məsafədə 11 nömrəli tam orta məktəbin şagirdi Murad Rəhimov, 400 metr məsafədə 10 nömrəli tam orta məktəbin şagirdi Nihal İmanov, 800 metr məsafədə isə 10 nömrəli tam orta məktəbin şagirdi İsmayıl Abbaslı birinci yerlərə layiq görülüblər.

Komanda hesabında 10 nömrəli tam orta məktəbin komandası birinci, 11 nömrəli tam orta məktəbin komandası ikinci, 13 nömrəli tam orta məktəbin komandası isə üçüncü olub.

Qalib komanda və idmançılara təşkilatçıların diplomları təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə