F1 üzrə Azərbaycan Qran Prisində yeniliklər - Himnimiz xüsusi formada səsləndiriləcək

2019 Formula 1 Azərbaycan Qran Prisindən öncə pilotların paradı zamanı bəzi yeniliklər olacaq. SİA-nın məlumatına görə, bu haqda jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, yarışından öncə pilotlar xüsusi xalça üzərində yürüş edəcəklər. Xalçanın üzərində 1001 rəqəmi yazılacaq. Bu isə Azərbaycan Qran Prisinin 1001-ci yarış olması ilə əlaqədardır. Onları 25 rəqqas müşayiət edəcək.

Bundan başqa, Azərbaycanın Dövlət Himni xüsusi formada səsləndiriləcək. Himnimizi Bəyimxanım Vəliyeva və Nurlan Növrəsli ifa edəcəklər. Onları tar, nağara, violançel və timpani alətləri vasitəsi ilə ifaçılar müşayiət edəcəklər.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə