F1 üzrə Azərbaycan Qran Prisinə 90 yerli jurnalist akkreditasiyadan keçib

Formula 1 üzrə Azərbaycan Qran Prisini işıqlandırmaq üçün ümumilikdə 150 yerli KİV nümayəndəsi müraciət edib. SİA-nın məlumatına görə, bu haqda jurnalistlərə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin media xidmətləri və yerləşdirmə üzrə koordinatoru Nuray Hacıyeva-Həsənova məlumat verib.

O qeyd edib ki, yerli jurnalistlərdən 90 nəfəri artıq qeydiyyatdan keçib: "Qeydiyyatdan keçən KİV orqanları arasında 6 televiziya, 2 radio, 8 informasiya agentliyi, 25 xəbər saytı, 11 qəzet və jurnal da var".

Xatırladaq ki, Formula 1 üzrə Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə