Region Liqasında bir oyun təxirə salınıb - Manipulyasiya şübhəsi

Region Liqasının 2-ci pley-off mərhələsi çərçivəsində 06.04.2019-cu il tarixində keçirilmiş “Füzuli” - “FC Baku” (ilk oyun 1:1, cavab oyunu 0:1) oyununun nəticəsinin manipulyasiyası şübhəsi ilə bağlı AFFA-ya məlumat daxil olub. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, daxil olmuş məlumat nəzərə alınaraq, liqanın yarımfinal mərhələsində aprelin 22-də təşkil olunması nəzərdə tutulan “FC Baku” - “Şahdağ” oyunu Region Liqasının İşçi Qrupunun 19.04.2019-cu il tarixli qərarı ilə qeyri-müəyyən müddətə təxirə salınır.

Bütün xəbərlər Facebook səhifəmizdə