U-16 Liqasının qalibləri mükafatlandırılıb - FOTOLAR

AFFA-nın təşkil etdiyi U-16 Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub. SİA-nın məlumatına görə, son turun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalib olan “Qəbələ”nin müvafiq yaş qruplarından ibarət komandasına qızıl medal və kubok təqdim edilib. “Sabah” gümüş, “Keşlə” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar “ASK Arena”da təqdim edilib.

Liqanın ən yaxşı futbolçusu Rauf Rüstəmli (“Qəbələ”) seçilib, bombardir isə 36 qolla “Qəbələ” komandasının üzvü Mehrac Baxışəliyev olub. Ən yaxşı qapıçı adına “Sabah” komandasının üzvü Kamran Şəbiyev layiq görülüb.

Komandanın üzvlərinə mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Şahin Diniyev və Yaşar Vahabzadə təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə