Zidan: "Ronaldonun boşluğunu doldurmaq mümkün olmayacaq"

"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın sabiq futbolçusu Kriştiano Ronaldo ilə bağlı açıqlama verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, fransız mütəxəssis portuqaliyalı futbolçunun yerini doldurmağın mümkün olmadığını bildirib: "Kimi transfer etsək, Kriştianonun boşluğunu doldurmaq mümkün olmayacaq. Biz səviyyəli futbolçuları heyətə qata bilərik, amma onun bu klubda etdiklərini edə biləcək bir futbolçu yoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə