Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq

Bu gün Topaz Premyer Liqasında 25-ci tura yekun vurulacaq. SİA-nın məlumatına görə, əvvəlcə “Qəbələ” doğma meydanda "Zirə" ilə qarşılaşacaq. Hazırda 4-cü pillədə olan meydan sahibləri qələbə qazanaraq 3-cü yerdəki "Səbail"dən çox uzaqlaşmamağa çalışacaq.

Günün digər oyununda “Neftçi” “Sabah”ın qonağı olacaq. Ötən tur “Səbail” qarşısında xal itirən “ağ-qaralar” lider “Qarabağ”la xal fərqinin artmamağı üçün qələbə qazanmalıdır.

19 aprel (cümə)

16:00.“Qəbələ” - “Zirə”
Hakimlər:
İnqilab Məmmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu

18:30.“Sabah” - “Neftçi”
Hakimlər:
Rövşən Rəcəbov, Mübariz Haşımov, Yaşar Abbasov, Səbuhi Bayramov
“Əlincə Arena”

18 aprel (cümə axşamı)

19:00.“Qarabağ” - “Keşlə” 3:0
Qol:
S.Slavçev, 18, R.Almeyda, 59-pen. A.Zubir, 75
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika Stadionu

16:45.“Sumqayıt” - “Səbail” 1:2
Qollar:
Peyman Babayi, 13 (1:0), Ağabala Ramazanov, 52 (1:1), Oke Akboveta, 74 (1:2)
Qırmızı vərəqə: Tome Kitanovski, 59 ("Səbail" - ikinci sarı vərəqə)
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu
“Kapital Bank Arena”

Bütün xəbərlər Facebook səhifəmizdə