“Qarabağ” liderliyini möhkəmləndirdi

Topaz Premyer Liqada 25-ci turun ikinci oyunu keçirilib.

SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunda “Keşlə” “Qarabağ”ın qonağı olub.

Oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ”ın qollarına 18-ci dəqiqədə Slavço Slavçev, 59-cu dəqiqədə Riçard Almeyda və 75-ci dəqiqədə Abdullah Zubir imza atıblar.

Bu qələbə ilə xallarının sayını 57-yə çatdıran “Qarabağ” liderliyini möhkəmləndirib. “Keşlə” isə 19 xalla çempionatın sonuncusudur.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qəbələ”–“Zirə”“Sabah”–“Neftçi” oyunları ilə yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə