İtaliya futbolunun keçmiş ulduzu, hazırda “Fiorentina”nın baş məşqçisi olan Vinçentso Montella müasir futbolun “sehrbaz”ları Ronaldo və Messini müqayisə edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, Montella bu haqda deyib: “Mən “Milan”da işlədiyim zaman mənə demişdilər ki, çalışdırdığım komanda Ronaldonu transfer etmək istəyir. Əslində, mən özüm də o vaxt bu xəbərə inanmamışdım. Ronaldo və Messinin gözəl rəqabəti var və bu, masir futbolun yalnız xeyrinədir. Ronaldo heyranedici formada çalışır və onun çalışqanlığı hər bir futbolçu üçün nümunədir. Messi isə qeyri-adi istedada malikdir. Bu, hər bir kəsə nəsib olmur”.

Bütün xəbərlər Facebook səhifəmizdə