Aleks Makliş Şotlandiya millisindən qovuldu!

Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş vəzifəsi ilə vidalaşıb. Bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb. 60 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Qeyd edək ki, Makliş ötən ilin fevral ayından yığmanı çalışdırırdı. Şotlandiya millisi onun rəhbərliyi altında keçirdiyi 12 oyunda 5 qələbə qazanıb, 7 dəfə isə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə