Bülent Özerdim: "Bulvar tribunasına "Bakcell" şirkətinin adı veriləcək"

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) Kommersiya şöbəsinin rəhbəri Bülent Özerdim "Bakcell" şirkəti ilə imzalanmış müqavilə haqqında fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, üçillik əməkdaşlıq müqaviləsinin yarışın əyləncə qismini əhatə edəcəyini qeyd edib: "Anlaşmaya əsasən, Bulvar tribunasına "Bakcell" şirkətinin adı veriləcək və bu tribuna şirkətin korporativ vizual elementləri ilə rənglənəcək.
"Formula 1" ilə 5 illik müqaviləmiz var. Əlavə sponsorların cəlb olunması üçün də davamlı iş aparırıq".

B.Özerdim "Formula 1" üzrə Azərbaycan Qran Prisinə hazırlıq prosesinin böyük ölçüdə yekunlaşdığını söyləyib: "Bilet satışları ötən mövsümlə müqayisədə daha yaxşıdır. Əsas hədəf ölkə xaricindən daha çox insanın cəlb olunmasıdır. Böyük Britaniya, Hollandiya, Rusiya, Avstraliya və digər yerlərdən böyük maraq görürük".

Qeyd edək ki, Azərbaycan Qran Prisi 26-28 apreldə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB