Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək

Bu gün fubol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş keçiriləcək. "Səbail" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Digər görüşdə isə lider "Qarabağ" "Keşlə"ni qəbul edəcək.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

“Sumqayıt” – “Səbail”

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Pərvin Talıbov, Kamal Umudlu

Hakim-inspektor: Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Elbrus Abbasov

“Kapital Bank Arena”, 16:45

“Qarabağ” – “Keşlə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev

Hakim-inspektor: Fazil Mürşüdov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Bütün xəbərlər Facebook səhifəmizdə