"Liverpul" və “Tottenhem” yarımfinalda! (YENİLƏNİB)

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Bununla da yarımfinala vəsiqə qazanan son iki komanda müəyyənləşib. "Liverpul" səfərdə "Portu"nun qonağı olub. İlk görüşdə evdə rəqibini 2:0 hesabı ilə məğlub edən mersisaydlılar, bu dəfə 4:1 hesablı qələbə qazanaraq yarımfinala yüksəlib.
Gecənin əsas oyunu isə ingilis klubları arasında keçirilib. İlk qarşılaşmada səfərdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzan “Mançester Siti” doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışıb. “Şəhərlilər” 4:3 hesablı qələbə qazansa da, bu nəticə London klubunu yarımfinala yüksəldib. Qeyd edək ki, “Liverpul” yarımfinalda “Barselona”, “Tottenhem” isə Ayaks”la qarşılaşacaq.

Çempionlar Liqası

1/4 finalın cavab oyunları

17 aprel


23:00. “Portu” – “Liverpul” - 1:4
Qollar: S. Mane, 26 (0:1), M.Salah, 65 (0:2), E.Militao, 69 (1:2), R.Firmino, 77 (1:3), Van Diyk, 84 (1:4)
İlk oyun – 0:2

23:00. “Mançester Siti” – “Tottenhem” 4:3
Qollar: R. Sterlinq, 4 (1:0), 21 (3:2), S. X. Min, 7 (1:1), 10 (1:2), B. Silva, 11 (2:2), S.Aquero, 59 (4:2), F.Llorente, 73 (4:3)
İlk oyun – 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...