Qadın voleybolu üzrə millimizin baş məşqçisi kim olacaq?

Xəbər verdiyimiz kimi, Faiq Qarayev bir müddət öncə səhhətində yaranmış nasazlığa görə voleybol üzrə qadınlaradan ibarət milli komandamızda baş məşqçilik fəaliyyətini dayandırmışdı. Buna baxmayaraq o, federasiya rəhbərliyində təmsil olunmağa davam edir.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq qadınlardan ibarət milli komandanın baş məşqçisi məsələsi ilə bağlı məsləhətləşmələrə başlanılıb və yaxın günlərdə federasiya prezidentinin iştirakı ilə keçiriləcək Rəyasət Heyətinin iclasında bu vəzifəni icra edəcək şəxs müəyyənləşəcək.

Hazırda komandanın hazırlığı ilə bağlı işlər aparılır. Mili komandamızın bir çox üzvləri Avropa ölkələrinin ayrı-ayrı klublarının tərkibində çıxış edir. Çıxışlarını başa vurmuş qızlarımız Vətənə qayıdacaqlar. Milli komandanın məşqçiləri Famil Ağayev, Vüqar Əliyevin rəhbərliyi ilə məşqlərə start veriləcək.

Qeyd edək ki, 2019-cu ilin may-dekabr aylarında keçirilməsi nəzədə tutulan qadın və kişilər arasında Beynəlxalq Avropa “Qızıl” və “Gümüş” liqası, qadınlar arasında Avropa Çempionatı və Olimpiya təsnifat yarışlarında milli komandalarımız da iştirak edəcək.

Yığmalarımız aprelin 21-də təlim-məşq toplanışına başlayacaqlar.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə