"Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq"

Daha yaxşı oynamalı olduğumuzu bilirik. Messi və Suaresi zərərsizləşdirməsək, bizə çətin olacaq. Səfər matçında 0:1 hesabı ilə uduzmuşuq. Daha çox qol vursaq, şansımız artacaq. Futbolda hər şey ola bilər. PSJ ilə görüşü yada salmaq bizə kömək edəcək".

Bu sözləri "Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə cavab oyunu öncəsi deyib. O, özünəinamın çox önəmli olduğunu vurğulayıb: "Futbolçularımın hər biri bacarıqlıdır. PSJ ilə görüşdə göstərdik ki, belə güclü komandalar qarşı oynaya bilərik. Tarix "Barselona"nın daha yaxşı olduğunu deyir. Amma biz bütün diqqətimizi oyuna yönəltməliyik. İlk matçda bir anlıq oyuna nəzarəti itirdik. Konsentrasiya — bu əsas amildir".

Qeyd edək ki, "Barselona" - "Mançester Yunayted" görüşü bu axşam keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 1:0 hesabı ilə qalib gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...