Messi "Mançester Yunayted"ə qarşı meydanda olacaq

"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasının 1/4 finalında "Mançester Yunayted"lə bu günkü cavab oyununa hazırdır. Bu barədə Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde məlumat verib: "Messidə hər şey qaydasındadır. O, sabahkı matça hazırdır".

Qeyd edək ki, Messi ÇL-in 1/4 finalında "MY" ilə ilk görüşdə burnundan zədə almışdı. Bu səbəbdən o, La Liqada "Ueska" ilə matçı buraxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə