"Salah "Çelsi" azarkeşlərini susdurdu"

"Liverpul"un müdafiəçisi Endryu Robertson Məhəmməd Salahın İngiltərə Premyer Liqasının 34-cü turunda "Çelsi"nin qapısına vurduğu baxımlı qoldan danışıb. Britaniya mətbuatının yazdığına görə, şotlandiyalı futbolçu komanda yoldaşının bu qolla onu təhqir edənlərin cavabını verdiyini bildirib:

"Salah əla qolla onu "terrorçu" adlandıran "Çelsi" azarkeşlərini susdurdu. Məncə, o, həmin fanatlara çox gözəl cavab verdi. Hiss olunur ki, onların sözləri Salaha mənfi təsir göstərməyib. Həqiqətən gözəl qol idi. O, zərbə vuranda hamı topun qapıya daxil olacağını bildi. Bu mövsüm Salahı çox tənqid edirlər. Məncə, ədalətsiz yanaşmadır. Amma yəqin ki, artıq bu cür söhbətlər səngiyəcək. Bu isə futbolçuya son oyunlarda özünəinam gətirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə