Alman məşqçi: "Özilə qarşı səhv etdik"

Almaniya millisinin meneceri Oliver Birhoff yığmadan gedən Məsut Özillə bağlı danışıb.Türkiyə mətbuatının yazdığına görə, alman mütəxəssis əvvəlki açıqlamasından fərqli olaraq bu dəfə 30 yaşlı yarımmüdafiəçiyə qarşı səhv etdiklərini bildirib: "Məsutun milli komandadan getmək məsələsində bir çox səhvlər oldu. Səhv edənlər arasında mən də varam. Nəhayət, ortaya xoş olmayan bir mənzərə çıxdı. Buna görə məyusam".
Birhoff Özilin Almaniyada kəskin tənqid edildiyi vaxtda isə məsələyə fərqli yanaşmışdı. O, həmin dövrdə türk əsilli futbolçunun səhv addım atdığını bildirmişdi: "Bu günədək heç bir futbolçumuza nəyisə diqtə etməmişik, amma bəzi məsələlərdə razı salmağa çalışmışıq. Lakin Məsutla razılaşa bilmədik. O, dünya çempionatında komandanın heyətində olmamalı idi".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...