"Roma"nın kapitanı sıradan çıxdı!

"Roma"nın kapitanı Daniele De Rossi zədələnib. İtaliya mətbuatının yazdığına görə, A Seriyasının son turunda "Udineze" ilə görüşdə xəsarət alan 35 yaşlı yarımmüdafiəçinin durumu ciddidir. Tibbi müayinə zamanı məlum olub ki, De Rossi 4-5 həftə meydana çıxa bilməyəcƏk. Bu isə, onun üçün mövsümün bitməsi deməkdir.

Qeyd edək ki, karyerası ərzində yalnız "Roma"da çıxış edən təcrübəli futbolçu bu mövsüm A Seriyasında 17 oyuna 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə