"Mançester Siti" - "Tottenhem" matçını Cüneyt Çakır idarə edəcək

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin iki oyununa hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, "Mançester Siti" - "Tottenhem" oyunu türkiyəli FIFA referisi Cüneyt Çakıra həvalə edilib. "Portu" - "Liverpul" görüşünü isə hollandiyalı Denni Makkelie idarə edəcək.

17 aprel, Çempionlar Liqası, 1/4 finalın cavab oyunları

23:00 "Mançester Siti" (İngiltərə) - "Tottenhem" (İngiltərə)

Baş hakim: Cüneyt Çakır

Yan xətt hakimləri: Bahattin Duran, Tarık Ongun (hamısı Türkiyə)

Dördüncü hakim: Artur Manuel Ribeyru Soareş Dias (Portuqaliya)

VAR: Massimiliano Irrati, Marko Quida (hər ikisi İtaliya)

UEFA Hakim-İnspektor: Domeniko Messina (İtaliya)

UEFA nümayəndəsi: Martin Sturkenboom (Hollandiya)

İlk oyun: 0:1

Mançester, "Etihad".

23:00 "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Denni Makkelie

Yan xətt hakimləri: Mario Diks, Hessel Steegstra (hamısı Hollandiya)

Dördüncü hakim: Anastasios Sidiropoulos (Yunanıstan)

VAR: Pol van Bokel, Yoxem Kamphuis (hər ikisi Hollandiya)

UEFA hakim-inspektor: Alain Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Per Svard (İsveç)

Portu, "Draqau".

Bütün xəbərlər Facebook səhifəmizdə