DSK-da mini futbol turnirinə start verilib

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş mini futbol üzrə ənənəvi idman turnirinə start verilib. SİA Dövlət Statistika Komitəsin məlumatına istinadən xəbər verir ki, turnirdə Komitənin mərkəzi aparatını və Bakı Şəhər Statistika İdarəsini təmsil edən ümumilikdə 6 komanda iştirak edir.

Qrup oyunlarından sonra, 4 may tarixində keçiriləcək final oyunu ilə turnirin qalibi elan olunacaq. Turnirin qalib komandasının heyəti kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə