Antonio Covinatsi: "Bakı trası ilə məni xoş xatirələr bağlayır"

"Asan həftəsonu deyildi. Biz uduzmağımızın əvəzini çıxmaq ümidi ilə rəqiblərdən fərqli taktika seçdik, uzaq mövqedən start götürdük". SİA-nın məlumatına görə, bunu Formula 1 üzrə Çin Qran Prisində 15-ci yerdə qərarlaşıan “Alfa Romeo”nun pilotu Antonio Covinatsi deyib.

Pilot bildirib: “Planımız baş tutmadı. İndi mən artıq Azərbaycanda hər şeyi yenidən başlamaq fürsətini gözləyirəm. Bakı trası ilə məni xoş xatirələr bağlayır. Formula 1 sükanı arxasında Bakı trasında çıxış etmək çox gözəl olardı. Görək, necə alınacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə