"Barselona" Qrizmannı yayda transfer etməyəcək

"Barselona" "Atletiko"nun futbolçusu Antuan Qrizmannı yayda transfer etməyəcək. Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubu fransalı oyunçu ilə daha maraqlanmır. "Barsa" təzminat qiyməti 120 milyon avroya yüksələn 28 yaşlı futbolçu üçün bu məbləği verməyi düşünmür.

Qeyd edək ki, Qrizmann 2014-cü ildə "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya transfer olunub. Xatırladaq ki, Kataloniya təmsilçisi ötən yay Qrizmannı almaq istəyirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə