"Mançester Yunayted" Sulşer qərarını bu həftə açıqlayacaq

"Mançester Yunayted" rəhbərliyi ilə Ole-Qunnar Sulşer arasında bir neçə gündür davam edən danışıqların təfərrüatları məlum olub. Qol.az-ın Britaniyanın "Daily Mail" nəşrinə istinadən yaydığı xəbərə görə, norveçli mütəxəssisin tezliklə "qırmızı şeytanlar"ın baş məşqçisi kimi təsdiqlənəcəyi gözlənilir. Rəsmi açıqlamanın bu həftə içərisində verilə biləcəyi iddia olunur.

Qeyd edək ki, Sulşer Joze Mourinyonun qovulmasından sonra müvəqqəti olaraq, baş məşqçi təyin olunub. Mançester təmsilçisi 46 yaşlı çalışdırıcının başçılığı altında keçirdiyi 19 oyunun 14-də qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə