AÇ-2020-nın seçmə mərhələsində 2-ci tura yekun vurulacaq

Bu gün AÇ-2020-nin seçmə mərhələsində 2-ci tura yekun vurulacaq. SİA-nın məlumatına görə, üç qrupda ümumilikdə 8 oyun keçiriləcək.

D qrupunda Gürcüstan İrlandiyanın, Danimarka isə İsveçrənin qonağı olacaq.

F qrupunda İspaniya Malta ilə, İsveç Norveçlə, Rumıniya isə Farer adaları ilə qarşılaşacaq.

J qrupunda isə Ermənistan evdə Finlandiyanı, Bosniya və Herseqovina Yunanıstanı, İtaliya isə Lixtenşteyni qəbul edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə