Ronaldu Rafael Varanı “Yuventus”a gətirir?

İtaliya “Yuventus”un futbolçusu Kriştianu Ronaldu klub rəhbərliyindən İspaniya təmsilçisi Madrid “Real"ının formasını geyinən sabiq komanda yoldaşı Rafael Varanın transfer edilməsini istəyib. “Report” “Diario Sport”a istinadən xəbər verir ki, portuqaliyalı forvard 26 yaşlı mərkəz müdafiəçisi ilə danışıqlara başlanılmasını tövsiyə edib.

Qeyd edək ki, R.Varanın 2022-ci ilin iyununa qədər “Real Madrid”lə müqaviləsi var. Fransa yığmasının üzvünün transfer dəyəri 90 milyon avro civarında qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə