WBC türkiyəli boksçunun şikayətinə müsbət cavab verib

Dünya Boks Şurasının (WBC) türkiyəli Avni Yıldırımın şikayətinə müsbət cavab verib. Report” “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, bu barədə qurumun prezidenti Maurisio Süleyman İstanbulda təşkil etdiyi mətbuat konfransında bildirib. O, A.Yıldırımla ABŞ boksçusu Entoni Dirrell arasında döyüşün təkrar keçiriləcəyini, ilk görüşdəki nəticənin ləğv edildiyini söyləyib.

Döyüşün yeri və vaxtı barədə yaxın günlərdə məlumat veriləcək.

Qeyd edək ki, A.Yıldırım və E.Dirrell arasında super orta ağır çəkidə çempionluq döyüşü qələbə ABŞ idmançısına verilib. Türkiyəli boksçu hakimlərin ədalətsiz qərarı ilə üzləşdiyi üçün WBC-yə şikayət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə