"Qarabağ"ın müdafiəçisi 10 gün futboldan uzaq qalacaq

Dünən "Zirə"ylə yoxlama oyununda (2:1) zədələnən "Qarabağ"ın müdafiəçisi Yakub Jezniçakın durumuna aydınlıq gəlib. Klubun rəsmi saytında yer alan xəbərə görə, polşalı futbolçu ən azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 32 yaşlı oyunçu Topaz Premyer Liqanın 22-ci turunun "Sumqayıt"la səfər matçını buraxacaq.
Qeyd edək ki, aprelin 1-də keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü 18:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə