Millimiz Litva yımasına qalib gələ bilmədi

Futbol üzrə milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb. Millimiz yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb və qolsuz bərabərə qalıb.
Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olub. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.


Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva - 0:0
Hakimlər: Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...