Tomas Tuxel PSJ ilə yeni müqavilə imzalayacaq

PSJ-nin baş məşqçisi Tomas Tuxel Paris klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır. Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis 2019-2020 mövsümünün sonunda başa çatacaq sözləşməsinin müddətini daha 1 il uzadacaq. Yeni anlaşma ilə birlikdə Tuxelin məvacibinin də artacağı bildirilir. İddiaya görə, 45 yaşlı çalışdırıcı bir müddət öncə "Bavariya"dan təkli alsa da, PSJ-də qalmağa üstünlük verib.

Qeyd edək ki, Tuxel 2018-ci ilin yayından PSJ-ni çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...