Zinəddin Zidan və Eden Azar arasında danışıq olub

Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidan və Londonun "Çelsi" komandasının yarımmüdafiəçisi Eden Azar arasında danışıq olub. "The Sun" nəşrinin yazdığına görə, belçikalı futbolçu "qaymaqlar"ın sıralarına qoşulmağa razılıq verib. Bildirilir ki, xavbek beş il müddətinə müqavilə imzalayacaq və "Kral klubu"nun ən yüksək ödənişli oyunçusu olacaq.

"Zadəganlar" isə öz növbəsində Azarı buraxmaq istəmirlər və onun transferinə 98 milyon funt sterlinq qiymət qoyublar. Belçikalı futbolçu cari mövsümdə İngiltərə Premyer Liqasının 29 matçında iştirak edib. O, 13 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...