AFFA rəsmisi beynəlxalq oyuna təyinat alıb

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb. SİA-nın verdiyi məlumata görə, o, AVRO-2020-nin seçmə mərhələsində “Astana Arena”da keçiriləcək Qazaxıstan-Rusiya oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma martın 24-də baş tutacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...